Dünya futbolu
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı

28.10.2025 | 11:30
“Real”ın kapitanı Daniel Karvaxal zədə alıb.
Sports.az xəbər verir ki, klubun tibbi heyətinin müayinəsindən sonra ona sağ diz oynağında zədə diaqnozu qoyulub.
Klubun rəsmi saytının məlumatına görə, oyunçuya artroskopiya ediləcək.
Qeyd etmək lazımdır ki, Karvaxal bu yaxınlarda zədədən sağalmışdı.
Oktyabrın 26-da futbolçu İspaniya çempionatının 10-cu turunda “Barselona”ya qarşı matçda oynayıb. Karvaxal meydana 72-ci dəqiqədə daxil olub.
Son xəbərlər





























