Dünya futbolu
Kamavinqa İngiltərə Premyer Liqasına keçməyəcək

30.10.2025 | 12:00
“Real”ın 22 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Eduardu Kamavinqa İngiltərə Premyer Liqasına keçməyəcək.
Sports.az xəbər verir ki, “Çelsi” Kamavinqanı əldə etmək üçün “Real”a 75 milyon avro məbləğində təklif hazırlayır, amma fransalı futbolçu yalnız “qaymaqlılar” üçün çıxış etmək niyyətindədir.
Vurğulanır ki, “Real”ın ispan baş məşqçisi Xabi Alonso da Kamavinqanı Madrid klubunda qoruyb-saxlamaqda israrlıdır.
Son xəbərlər





























