Dünya futbolu
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi

30.10.2025 | 19:30
Fransa millisinin futbolçusu Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.
Sports.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.
Onun sağalması üçün bir neçə həftə lazım olacaq.
Due oktyabrda Azərbaycan millisinə qalib gəldikləri (3:0) qarşılaşmada zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsümdə PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan – Fransa oyunu noyabrın 16-da keçiriləcək.
Son xəbərlər





























