Dünya futbolu
				“Barselona” iki hücumçu arasında seçimini etdi

31.10.2025 | 14:20
					“Barselona” rəhbərliyi “blauqrana”nın hücum xəttinə uzunmüddətli mənzərədə hücumçu seçimi ilə bağlı qəti qərar gəlib.
Sports.az xəbər verir ki, Katalonya klubu “Yuventus”un serb hücumçusu Duşan Vlahoviçlə Madrid “Atletiko”sunun argentinalı hücumçusu Xulain Alvares arasında “götür-qoy” etdikdən sonra, üstünlüyünü Vlahoviçə verib.
Vurğulanır ki, hər şey transfer qiyməti ilə bağlı məqama dayanır. Belə ki, “Barselona” Xulian Alvaresə görə ən azı 100 milyon avro məbləğində xərc çəkməlidir, Duşan Vlahoviç isə növbəti ilin yayında Kataloniya klubuna məccani əsasda başa gələ bilər.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























