Dünya futbolu
“Çelsi” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir

31.10.2025 | 18:30
“Çelsi” rəhbərliyi “zadəganlar”ın 22 yaşlı fransalı sağ cinah müdafiəçisi Malo Qyusto ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Sports.az xatırladır ki, Qyustonun London klubu ilə cari müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Buna rəğmən, “Çelsi” rəhbərliyi futbolçunun tərəqqisini nəzərə alaraq, Qyustonun klubdan ayrılması ehtimalından sığortalanmaq niyyətindədir.
Vurğulanır ki, yenilənmiş müqavilə Qyustonun əməkhaqqının əhəmiyyətli dərəcədə artımı ilə müşayiət ediləcək.
Son xəbərlər





























