Dünya futbolu
				MS yarımmüdafiəçisini icarədən erkən surətdə geri çağıra bilər

31.10.2025 | 10:40
					“Mançester Siti” rəhbərliyi cari mövsümün sonuna qədər müddətə “Bayer”ə icarəyə verdiyi 19 yaşlı argentinalı yarımmüdafiəçi Klaudio Eçeverrini icarədən erkən surətdə geri çağıra bilər.
Sports.az xəbər verir ki, müvafiq qərar, gənc yarımmüdafiəçinin “əczaçılar”ın heyətində meydanda kifayət qədər oyun vaxtı almayacağı halda qəbul ediləcək.
Bu, baş verərsə, “şəhərlilər” futboluçunu, daha çox oyun təcrübəsi əldə edə biləcəyi başqa bir kluba icarəyə göndərəcəklər.
Son xəbərlər
		 
									 
									 
									 
									 
									 
									




























