“Latsio” səfərdə xal itirdi

İtaliya A Seriyasında 9-cu tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Piza” – “Latsio” matçı qolsuz bitib. “Kalyari” isə “Sassuolo”ya uduzub.
Hazırda “Napoli” və “Roma”nın 21, “İnter” və “Milan”ın 18, “Komo”nun 16, “Bolonya” və “Yuventus”un 15 xalı var.
İtaliya A Seriyası
9-cu tur
28 oktyabr
Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.
Atalanta - Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.
29 oktyabr
Roma – Parma 2:1
Qollar: Hermoso, 63. Dovbik, 81 – Çirkati, 86.
Komo – Verona 3:1
Qollar: Duvikas, 9. Poş, 62. Voyvoda, 90+2 – S.Serdar, 25.
Yuventus – Udineze 3:1
Qollar: Vlahoviç, 5-pen. Qatti, 67. K.Yıldız, 90+6-pen – Zaniolo, 45+1.
Bolonya – Torino 0:0
Cenoa – Kremoneze 0:2
Qollar: Bonatsoli, 3; 49.
İnter – Fiorentina 3:0
Qollar: H.Çalhanoğlu, 66; 88-pen. Suçiç, 71.
30 oktyabr
Kalyari – Sassuolo 1:2
Qollar: Espozito, 73 – Loryente, 54. Pinamonti, 65.
Piza – Latsio 0:0
 
									 
									 
									 
									 
									 
									




























