Dünya futbolu
Avropa nəhəngləri “Levante”nin hücumçusu ilə maraqlanırlar

01.11.2025 | 19:20
İspaniya nəhəngləri “Real” və “Barselona” başda olmaqla, İngiltərə futbolunun nəhəngləri – “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” “Levante”nin 22 yaşlı kamerunlu mərkəz hücumçusu Karl Etta Eyonqla maraqlanırlar.
Sports.az xəbər verir ki, “vuran ayaq” qəbilindən olan futbolçu növbəti ilin yanvar ayında klubunu dəyişmək istəyindədir.
Amma eyni zamanda vurğulanır ki, müvafiq keçid 2026-cı ilin dünya çempionatına qədər gerçəkləşməyə bilər. Belə ki, nəhənglər DÇ-2026-nın yeni kəşflər ortaya çıxaracağını əmindirlər və müvafiq sövdəni gerçəkləşdirməyə məhz bu səbəbdən tələsməyəcəklər.
Son xəbərlər





























