Dünya futbolu
“Nant”ın müdafiəçisi Avropa nəhənglərinin diqqətini çəkdi

01.11.2025 | 10:20
“Nant”ın 17 yaşlı fransalı mərkəz müdafiəçisi Tilel Tati bülbüllərin düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Avropa nəhəngləri yeniyetmə futbolçunu müşahidə altına alıblar.
Tatinin növbəti ilin qış transfer pəncərəsindən Avropa nəhənglərindən birinə qoşulacağı istisna edilmir.
Son xəbərlər





























