Dünya futbolu
Səudiyyə Ərəbistanından Messiyə rədd cavabı verildi

01.11.2025 | 09:20
“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi MLS-dəki fasilə müddətində, 2026-cı ilin dünya çempionatı ərəfəsində Səudiyyə Ərəbistanı klublarının birinin düşərgəsində hazırlıq keçmək təklifi ilə ərəb ölkəsinin futbol rəhbərliyinə müraciət ünvanlayıb.
Sports.az xəbər verir ki, ərəblər imtina cavabı ilə “Leo”nu peşman ediblər.
Vurğulanır ki, müvafiq imtinanın səbəbi, ölkə futbolnun başbilənlərinin, Səudiyyə Ərəbistanı çempipnatını məşq düşərgəsinə çevirmək niyyətində olmadığından qaynaqlanır.
Son xəbərlər





























