Dünya futbolu
“Barselona” “Atletiko”nun hücumçusunun agenti ilə danışıqlar aparır

01.11.2025 | 16:40
“Barselona” Madrid “Atletiko”sunun argentinalı hücumçusu Xulian Alvaresin agenti Fernando İdalqo ilə danışıqlar aparır.
Sports.az xəbər verir ki, Kataloniya klubu adından danışıqlarda “Barselona”nın idman direktoru Deku iştirak edir.
Vurğulanır ki, “Barselona”da Xulian Alvaresi “blaurana”nın polyak ulduz hücumçusu Robert Levandovskiyə gələcək mənzərədə ən mükəmməl əvəz olaraq qiymətləndirirlər.
Son xəbərlər





























