Dünya futbolu
				Akanci “İnter”də qalacaqmı?

04.11.2025 | 09:20
					Cari mövsümün sonuna qədər müddətə “Mançester Siti”dən icarə əsasında “İnter”də çıxış edən isveçrəli müdafiəçi Manuel Akanci, “neradzurri”nin düşərgəsində qalmaq fikrində olub-olmadığı ilə bağlı sualı cavablayıb.
Sports.az isveçrəli futbolçunun müvafiq cavabını təqdim edir:
“Görək, mövsümün sonunda nə olacaq. Hazırda çalışır və güc-qüvvəmi meydanda ortaya tamamilə qoyuram. Son qərarı klub qəbul etməlidir. Düşünüəm, “İnter”də məndən razıdırlar, amma hələ heç nə həllini tapmayıb”.
Son xəbərlər
		
									
									
									
									
									
									




























