Dünya futbolu
“Nyukasl” hücumçusunu icarəyə göndərməkdən son anda imtina etdi

06.11.2025 | 09:40
“Nyukasl” rəhbərliyi “sağsağanlar”ın 22 yaşlı danimarkalı mərkəz hücumçusu Uilyam Osulanın Frankfurt “Ayntraxt”ına icarəyə göndərilməsi ilə bağlı alman klubu ilə razılıq əldə edib.
Sports.az xəbər verir ki, buna rəğmən, ingilis klubu razılaşmadan son anda imtina edib, təfərrüat açıqlanmır.
Bildirilir ki, sövdə, sonradan 20 milyon avro məbləğ müqabilində mütləq satınalma şərtini ehtiva edən icarə müqaviləsindən ibarət olub.
Son xəbərlər





























