Dünya futbolu
Amorim Dalo ilə qohum çıxdı

06.11.2025 | 09:20
“Mançester Yunayted”in 40 yaşlı portuqal baş məşqçisi Ruben Amorimlə “qırmızı şeytanlar”ın 26 yaşlı portuqal sağ cinah müdafiəçisi Dioqu Dalo uzaq qohum çıxıblar.
Sports.az xəbər verir ki, bu barədə “Geneall” şəcərə portalı məlumat verib.
Mənbənin məlumatına görə, məşqçi və futbolçu 19 əsrdə yaşamış fransalı sirk artisti Karlos Dalonun nəslindəndirlər.
Son xəbərlər





























