Dünya futbolu
“Liverpul” “Volfsburq”un müdafiəçisi ilə maraqlanır

07.11.2025 | 19:30
“Liverpul” “Volfsburq”un 21 yaşlı yunan mərkəz müdafiəçisi Konstantinos Kulierakisin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, “qırmızılar”ın Kulierakisi fransalı müdafiəçi İbraima Konateyə əvəz olaraq nəzərdən keçirirlər.
Xatırladaq ki, Konatenin növbəti ilin iyun ayında azad agent qismində “Real”a keçidi gündəmdədir.
Vurğulanır ki, Kulierakis uğrunda mübarizədə “Liverpul” “Tottenhem”lə çəkişə bilər.
Son xəbərlər





























