Dünya futbolu
“Napoli” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır

08.11.2025 | 17:00
Məlum olduğu kimi, “Napoli”nin 34 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisi Kevin De Bröyne zədə səbəbi ilə sıradan çıxıb.
Sports.az xəbər verir ki, Neapol klubu De Bröyneyə əvəz axtarışındadır.
“Eşşəkciklər” gözlərini “Barselona”nın 22 yaşlı ispan dayaq yarımmüdafiəçisi Mark Kasadoya dikiblər.
Vurğulanır ki, “Napoli” Kasado müqabilində Kataloniya nəhənginə 30 milyon avro məbləğində ödəniş etməyə hazırdır.
Son xəbərlər





























