Dünya futbolu
Arda Gülər “Real”ın ən yaxşısı seçildi

08.11.2025 | 14:20
"Real"ın türkiyəli futbolçusu Arda Gülər komandada ötən ayın ən yaxşısı adına layiq görülüb.
Sports.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin 20 yaşlı yarımmüdafiəçisi oktyabrda bütün turnirlərdə 4 matçda iştirak edib 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Gülər ümumilikdə bu mövsüm meydana çıxdığı 15 matçda 3 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb. "Real" 11 turdan sonra 30 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər





























