Dünya futbolu
“Real” “Komo”nun müdafiəçisini diqqətində saxlayıb

09.11.2025 | 15:00
“Real” “Komo”nun 20 yaşlı ispan mərkəz müdafiəçisi Xakobo Ramonu diqqət mərkəzində saxlayıb.
Sports.az xəbər verir ki, Ramon “Real”ın məzunudur və “Komo”da tərəqqi edərək, özünü yaxşı tərəfdən göstərə bilib.
Vurğulanır ki, “qaymaqlılar”ın ispan baş məşqçisi Xabi Alonso gənc müdafiəçinin çıxışından çox təsirlənib. Təxmin edilir ki, “Real” Ramonu Madridə qaytara bilər.
Son xəbərlər





























