Dünya futbolu
“Bayern” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlarda dalana dirəndi

09.11.2025 | 10:00
“Bayern” rəhbərliyi münhenlilərin fransalı mərkəz müdafiəçisi Dayoçankul Upamekano ilə müqavilə müddətinin uzadılması məsələsində dalana dirənib.
Sports.az xəbər verir ki, tərəflər maliyyə məsələsində ortaq məxrəc tapa bilmirlər və həmçinin digər təfərrüat da mövcuddurdur.
Upamekano ilə maraqlanan “Real”, “Liverpul”, “İnter” və “Çelsi” müvafiq mənzərəni diqqət mərkəzində saxlayıblar.
Vurğulanır ki, Upamekanonun xidmətinə əsas iddiaçı “Real” növbəti ilin yayında fransalı müdafiəçini Madridə azad agent qismində gətirmək niyyətindədir.
Son xəbərlər





























