Dünya futbolu
Millimizin üzvü oynadı, komandası qələbə qazandı

09.11.2025 | 13:45
Niderland Erediviziyasında 12-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Özan Can Kökçünün formasını geyindiyi “Volendam” evdə “NAK Breda”nı 2:1 məğlub edib.
Kökçü 69-cu dəqiqədə meydana daxil olub.
“Volendam” hazırda 13 xalla turnir cədvəlində 13-cü yerdədir.
Son xəbərlər





























