Dünya futbolu
Vinisius “Real”dan “tarixi müqavilə” tələb edir

25.11.2025 | 11:00
Məlum olduğu kimi, “Real” rəhbərliyi “qaymaqlılar”ın 25 yaşlı braziliyalı ulduz hücumçusu Vinisius Juniorla yeni müqavilə mövzusunda ortaq məxrəc əldə edə bilmir.
Sports.az xəbər verir ki, “Vini”nin nümayəndələri “Real” rəhbərliyi ilə görüşdə klubdan “tarixi müqavilə” tələb ediblər.
Söhbət “Real”ın əfsanəsi, hazırda Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində çıxış edən 40 yaşlı portuqal ulduz hücumçu Kriştianu Ronalduya Madrid klubunda vaxtilə verilmiş müqavilədən gedir. Vinisius Junior illik 30 milyon avro məbləğində əməkhaqqına, əlavə üstəliklərə və imza üstəliyinə iddia edir. Məsələ açıq olaraq qalır.
Son xəbərlər





























