Dünya futbolu
Pulişiç “İnter” üzərində qələbəni şərh etdi

25.11.2025 | 10:15
“Milan”ın 27 yaşılı amerikan sağ cinah hücumçusu Kristian Pulişiç İtaliya A Seriyasının 12-ci turu çərçivəsində səfərdə “İnter” üzərində qazanılmış 1:0 hesablı qələbəni şərh edib.
Sports.az xəbər verir ki, Pulisiç “rossoneri”nin qələbə qoluna imza atıb.
“Əldə edilmiş nəticə çox vacibdir. Bu, bizi sadəcə olaraq daha yüksək səviyyəyə qaldırır, bəli, şadam ki, son ayın ağır məqamlarından sonra qayıda və komandama qalib gəlməyə kömək edə bildim”.
Son xəbərlər





























