UEFA Çempionlar Liqası: Liqa mərhələsində 5-ci tura start verilir

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün 5-ci tura start veriləcək.
Sports.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
"Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "Benfika" ilə üz-üzə gələcək. Türkiyə klublarından "Qalatasaray" doğma meydanda "Yunion"la qarşılaşacaq.
"Mançester Siti" evdə "Bayer" ilə münasibətlərə aydınlıq gətirəcək. "Barselona" isə səfərdə "Çelsi"nin qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
21:45. Ayaks (Niderland) - Benfika (Portuqaliya)
21.45. Qalatasaray (Türkiyə) - Yunion (Belçika)
00:00. Mançester Siti (İngiltərə) - Bayer (Almaniya)
00:00. Çelsi (İngiltərə) - Barselona (İspaniya)
00:00. Borussiya (Dortmund, Almaniya) - Vilyarreal (İspaniya)
00:00. Napoli (İtaliya) - Qarabağ (Azərbaycan)
00:00. Slaviya (Çexiya) - Atletik (İspaniya)
00:00. Bodo Qlimt (Norveç) - Yuventus (İtaliya)
00:00. Olimpik (Marsel, Fransa) - Nyukasl (İngiltərə)





























