Dünya futbolu
Kukurelya “Barselona”ya qarşı oyundan gözləntisini açıqladı

25.11.2025 | 12:45
“Çelsi”nin 27 yaşlı ispaniyalı sol cinah müdafiəçisi Mark Kukurelya Çempionlar Liqası çərçivəsində Londonda “Barselona”ya qarşı oyundan gözləntisini açıqlayıb.
Sports.az ispaniyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Bu, mənim üçün və mənim ailəm üçün xüsusi oyundur. “Çelsi” və “Barselona”nın qarşıdurması həmişə parlaq olub və bu dəfə də belə olacaq, biz üç xalı götürəcəyik”, deyə Kukurelya inamla vurğulayıb.
Əlavə edək ki, Kukurelya “Barselona”nın məzunudur.
Xatırladaq ki, “Çelsi” – “Barselona” oyunu bu gün keçiriləcək.
Son xəbərlər





























