Dünya futbolu
“Barselona”nın hücumu yaxşıdır, müdafiəsi isə...”

04.12.2025 | 11:40
Fransa yığmasının keçmiş dayaq yarımmüdafiəçisi Emmanuel Peti “Barselona”nın cari mövsümdə Çempionlar Liqasını qazanmayacağını iddia edib və bunun səbəbini açıqlayıb.
Sports.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Çempionlar Liqasını belə müdafiəçilərlə qazamaq olarmı? Heç bir halda! Bu, mümkünsüzdür. Onlar bir ucdan qollar “yeyirlər”. “Barselona”nın hücumu yaxşıdır, müdafiəsi isə heç…”, deyə Peti vurğulayıb.
Son xəbərlər





























