Dünya futbolu
“Aston Villa”da yeni rekordçu

04.12.2025 | 14:45
Unay Emeri İngiltərənin "Aston Villa" klubunda Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub.
Sports.az xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, bunu Premyer Liqanın 14-cü turunda səfərdə "Brayton"u 4:3 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb. İspan mütəxəssis "Aston Villa"nın "sükanı arxasında" 62-ci qələbəsini qazanıb.
Emeri bu göstəricidə Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) üstələyib.
"Aston Villa" İngiltərə Premyer Liqasında 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Son xəbərlər





























