Dünya futbolu
Arveladze istefaya göndərildi

04.12.2025 | 17:45
Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.
Sports.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Uğursuz mövsüm keçirən komanda Superliqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Arveladze bu ilin iyun ayında "Kasımpaşa"nın baş məşqçisi təyin edilmişdi. Onunla 1 illik müqavilə imzalanmışdı.
Son xəbərlər





























