Dünya futbolu
Merih Demiralla yeni müqavilə

04.12.2025 | 18:45
"Əl-Əhli" Türkiyə millisinin üzvü Merih Demiralın müqaviləsinin müddətini uzadıb.
Sports.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi sözləşmə imzalanıb.
"Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan 17 milyon avroya transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Ciddə təmsilçisinin heyətində meydana çıxdığı 16matçda 1 qol vurub.
Son xəbərlər





























