Dünya futbolu
Safonov cari mövsümdə PSJ üçün debütünü şərh etdi

08.12.2025 | 09:40
PSJ-nin qapıçısı Matvey Safonov cari mövsümdə parislilər üçün debüt edib, rusiyalı qapıçı Fransa Liqa 1-in 15-ci turu çərçivəsində “Renn”ə qarşı ev oyununda (5:0) meydana başlanğıc heyətdə çıxaraq, tam oyun keçirib.
Sports.az rusiyalı qapıçının müvafiq təəssüratını təqdim edir:
“Nəhayət ki, bu mövsümdə PSJ üçün debüt etdim. Çox şadam ki, məhz böyükhesablı qələbədən başlamaq müyəssər oldu. Amma ən əsası hesab da deyil. Əsas odur ki, oyundan yenidən nəhəng zövq aldım”.
Son xəbərlər





























