“Loryan”la “Anje”yə bir qol bəs etdi

Fransa Liqa 1-də 15-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Nitsa” evdə “Anje”yə uduzub. “Oser” “Mets”i, “Loryan” isə Lion “Olimpik”ini xalsız yola salıb.
Hazırda 34 xala malik “Lans” vahid liderdir. PSJ 33 xalla ikinci pillədə qərarlaşıb. Marsel “Olimpik”i ilə “Lill” 29, Lion “Olimpik”i ilə “Renn” 24, “Monako” 23 xal toplayıb.
Fransa Liqa 1
15-ci tur
5 dekabr
Brest – Monako 1:0
Qol: K.Dumbiya, 28.
Lill – Olimpik (Marsel) 1:0
Qol: E.Mbappe, 10.
6 dekabr
Nant – Lans 1:2
Qollar: El Arabi, 38 – Toven, 34. Said, 81.
Tuluza – Strasburq 1:0
Qol: Emersonn, 18.
PSJ – Renn 5:0
Qollar: Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbaye, 88. Q.Ramos, 90+1.
7 dekabr
Nitsa – Anje 0:1
Qol: Belxdim, 33.
Oser – Mets 3:1
Qollar: Sinayoko, 36-pen. El Azzuzi, 39. Danua, 89 – Heyn, 45+1.
Havr – Paris 0:0
Loryan – Olimpik (Lion) 1:0
Qol: Pagis, 39.





























