Xabi Alonso nüfuzunu itirdi

Məlum olduğu kimi, ispan mütəxəssis Xabi Alonsonun çalışdırdığı “Real” son vaxtlar ancaq kağız üzərində özünü sübut edir, gerçəkdə isə “qaymaqlılar” möhtəşəm heyətlə heç də özlərinə bənzəmirlər.
Sports.az xəbər verir ki, Xabi Alonsonun “qaymaqlılar”ın paltardəyişmə otağında nüfuzunu itirdiyi haqda məlumat yayılıb.
Vurğulanır ki, hər şey, “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorun İspaniya La Liqası çərçivəsində “Barselona”ya qarşı Madriddə keçirilmiş “El-Klasiko”da (2:1) əvəzlənməsi zamanı, Xabi Alonsoya hikkə ilə münasibət göstərməsi və ispan mütəxəssisi ictimai surətdə tənqid etməsi ilə başlayıb. İndi isə “Real” özünə bənzəmədikcə, oyunçular vəziyyəti düzəltmək üçün məşqçidən daha çox, özləri müstəqil qərarlar qəbul etməyə çalışırlar. Xabi Alonsonu isə sayan yoxdur.





























