Dünya futbolu
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü

11.12.2025 | 09:20
Cari mövsümün sonuna qədər müddətə “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən ingiltərəli cinah hücumçusu Markus Raşford “qırmızı şeytanlar”ın rəhbərliyinə tələb irəli sürüb.
Sports.az xəbər verir ki, Raşford İngiltərə nəhənginə, yalnız “Barselona”ya tamhüquqlu əsasda keçidində maraqlı olduğunu bildirib.
“Qırmızı şeytanlar”ın məzunu vurğulayıb ki, “Mançester Yunayed” rəhbərliyi onunla bağlı, kluba daxil olacaq müraciətləri baxışdan keçirməyə bilər.
Son xəbərlər




























