Dünya futbolu
Braziliyalı hücumçudan “Arsenal”da rekord

11.12.2025 | 13:45
Braziliyalı futbolçu Qabriel Martinelli İngiltərənin "Arsenal" klubunda rekorda imza atıb.
Sports.az "Opta"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Belçikada "Brügge"yə qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 6-cı turunun oyununda fərqlənməklə nail olub.
Martinelli "topçular"ın tarixində meydana çıxdığı ardıcıl 5 ÇL matçında qol vuran ilk oyunçudur.
Qeyd edək ki, London klubu sözügedən qarşılaşmada rəqibini üç cavabsız qolla üstələyib.
Son xəbərlər





























