Dünya futbolu
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib

12.12.2025 | 20:30
Məlum olduğu kimi, “Bornmut”un qanalı hücumçusu Antuan Semenyonun “albalılar”dan ayrıla biləcəyi gündəmdədir.
Sports.az xəbər verir ki, Semenyonun xidmətində “Mançester Siti”, “Liverpul”, “Arsenal” və “Tottenhem” maraqlıdırlar.
Vurğulanır ki, Semenyonun könlü “topçular”dadır, qanalı hücumçu ispan mütəxəssis Mikel Artetanın rəhbərliyi altında çıxış etmək istəyir.
Son xəbərlər





























