Dünya futbolu
“Real”ın gənc hücumçusu beş klubun maraq dairəsindədir

14.12.2025 | 15:00
“Real”ın 21 yaşlı ispan mərkəz hücumçusu Qonsalo Qarsiya qarşıdakı qış transfer pəncərəsində “qaymaqlılar”ın düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, ispan futbolçunun xidmətində “Aston Villa”, “Lids”, “Brayton”, “Vulverhempton” və Frankfurt “Ayntraxt”ı maraqlıdırlar.
“Real”ın müvafiq məsələdə mövqeyi məlum deyil, amma futbolçunun icarəyə göndərilə biləcəyi də istisna edilmir.
Son xəbərlər





























