Dünya futbolu
İkardi İtaliya A Seriyasına qayıda bilər

14.12.2025 | 14:00
“İnter”in keçmiş oyunçusu, hazırda “Qalatasaray”ın kapitanı olan 32 yaşlı argentinalı mərkəz hücumçusu Mauro İkardi İtaliya A Seriyasına qayıda bilər.
Sports.az xəbər verir ki, İkardinin xidməti İtaliya futbolunda çıxış təcrübəsinə malik “vuran ayaq” qəbilindən hücumçu axtarışında olan “Milan”a təklif edilib.
“Milan”ın İkardinin xidmətində maraqlı olduğu, keçidin qarşıdakı qış transfer pəncərəsində gerçəkləşə biləcəyi vurğulanır.
Son xəbərlər





























