Dünya futbolu
Kapitanı “Borussiya”dan ayrıla bilər

14.12.2025 | 22:40
Dortmund “Borussiya”sının kapitanı, 31 yaşlı tükrəsilli almaniyalı mərkəz müdafiəçisi Emre Can “eşşəkarıları”nın düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Canın xidmətində Türkiyə futbolunun üç nəhəngi – “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” maraqlıdırlar.
Bununla belə, Canın, gələcəyini “Borussiya”da gördüyü vurğulanır. Buna rəğmən, “Borussiya” klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq futbolçusuna uzunmüddətli deyil, cəmi 1 illik yeni müqavilə təklif etməyə hazırdır. Bu vəziyyətdə Canın hansı qərarı verəcəyi açıqlanmır.
Son xəbərlər





























