“Real”dan çətin qələbə

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
“Sevilya” evdə “Real Ovyedo”nu, “Selta” “Atletik”i məğlub edib. Səfərdə “Alaves”lə qarşılaşan “Real” da qələbəyə sevinib.
“Levante” - “Vilyarreal” matçı isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Matçın təxirə salınmasına Valensiyada yağan güclü yağışlar səbəb olub.
İspaniya La Liqası
16-cı tur
12 dekabr
Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.
13 dekabr
Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.
Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.
Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.
Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.
14 dekabr
Sevilya – Real Ovyedo 4:0
Qollar: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.
Selta – Atletik 2:0
Qollar: Svedberq, 48. El Abdellaui, 55.
Levante – Vilyarreal matçı təxirə salınıb
Alaves – Real 1:2
Qollar: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.
15 dekabr
00:00. Rayo Valyekano – Betis





























