Dünya futbolu
“Bornmut” “Mançester Yunayted”in qəniminə çevrilib

16.12.2025 | 11:00
"Bornmut" klubu İngiltərə Premyer Liqasında "Old Trafford"da "Mançester Yunayted"ə ardıcıl üç oyunda 3 qol vuran yeganə komanda olub.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, çempionatın XVI turunda ötən gün səfərdə "Mançester Yunayted"ə qarşı oyunda reallaşıb.
Görüş 4:4 hesabı ilə başa çatıb. Daha əvvəl "Bornmut" 2023 və 2024-cü illərin dekabrında da səfərdə Mançester təmsilçisinin qapısına 3 qol vurmuşdu.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 26 xalla 6-cı pillədə qərarlaşıb. 21 xala malik "Bornmut" isə 13-cüdür.
Son xəbərlər





























