UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək

UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək

UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubu “Ayntraxt” üçün ciddi sanksiyalara səbəb olub.

Sports.az “Bild” nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı frankfurtlu azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub.

Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması qurumun diqqətindən yayınmayıb.

Nəticədə, UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu isə o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.

Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, “Kamp Nou” stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.

“Bild”in yazdığına görə, bu cəza minlərlə günahsız “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və otellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.

Son xəbərlər
Atıcılıq Federasiyasında köhnə-yeni prezident
“Sərhədçi”dən çətin qələbə
“Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı
“Qarabağ” “Sabah”a belə uduzdu - VİDEO
“Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl oynadıq”
“Bu gün qarşımızda çox ciddi komanda var idi” - Qurban Qurbanov
Azərbaycan birinciliyi start götürüb
“Sabah”dan “Qarabağ” üzərində əzmkar qələbə
“Milan”ın futbolçusu əməliyyat olunacaq
“İnter Mayami” “Barselona”nın ulduz ilə maraqlanır
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
İlin ən yaxşı klubu və futbolçusu adına namizədlər açıqlandı
“Gəncə”dən çətin qələbə
“Çelsi”nin hücumçusu yeddi klubun maraq dairəsindədir
Yarımçıq dayandırılmış oyunla bağlı qərar açıqlandı
UEFA qərar verdi: “Ayntraxt” Bakıya azarkeşsiz gələcək
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
“Milan” “Vest Hem”in hücumçusu ilə bağlı danışıqlar aparır
“Köln”ün hücumçusu karyerasını Premyer Liqada davam etdirə bilər
Ter Ştegen “casusluq”da şübhəli bilinir
“Barselona” “Real”ın transfer hədəfinə göz dikib
“Səbail” və “Mingəçevir”dən heç-heçə
"Qarabağ"ın qapıçısı əməliyyat olundu
“Araz-Naxçıvan” təxirə salınmış matçdan qalib ayrıldı
AMADA-da ilin son iclası
Hakimlər Komitəsinin sədri 15-ci turun oyunlarındakı mübahisəli epizodları şərh etdi - VİDEO
Upamekano “Bayern”də qalacaqmı?
Braziliya millisinin sabiq futbolçusu “Fluminense”dən ayrıldı
“Barselona”nın futbolçusu cinayətin qurbanı oldu
“İnter Mayami” Koke ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar