Dünya futbolu
İlin ən yaxşı klubu və futbolçusu adına namizədlər açıqlandı

18.12.2025 | 20:30
“Globe Soccer Awards”ın mətbuat xidməti ilin ən yaxşı futbol klubu nominasiyasının finalçılarını açıqlayıb.
Sports.az xəbər verir ki, siyahıda beş klub yer alıb: “Liverpul”, “Çelsi”, PSJ, “Barselona” və “Flamenqo”.
İlin ən yaxşı futbolçusu mükafatına isə Kilian Mbappe, Osman Dembele, Vitinya, Rafinya və Lamin Yamal namizəd göstərilib.
Mükafatlandırma mərasimi dekabrın 28-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək və qaliblər səsvermə yolu ilə müəyyənləşəcək.
Son xəbərlər





























