Dünya futbolu
“Milan”ın futbolçusu əməliyyat olunacaq

18.12.2025 | 21:15
“Milan”ın hücumçusu Santiaqo Ximenes ayaq biləyindən əməliyyat etdirəcək.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın məqsədi sümüyün bərpasıdır.
Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi gözlənilir.
Meksikalı hücumçu bu mövsüm A seriyasında 9 matçda iştirak edib və qol vura bilməyib.
Son xəbərlər





























