Dünya futbolu
“Atletiko” Raşford uğrunda mübarizəyə qoşuldu

19.12.2025 | 10:00
Madrid “Atletiko”su “Mançester Yunayted”in məzunu, cari mövsümün sonuna qədər müddət ərzində icarə müqaviləsi əsasında “Barselona”da çıxış edən ingiltərəli cinah hücumçusu Markus Raşford uğrunda mübarizəyə qoşulub.
Sports.az xəbər verir ki, “döşəkçilər” “Barselona”nın Raşfordu tamhüquqlu əsasda satın almaq isəyindən, Raşfordun “Mançester Yunayted”ə qayıtmaq istəməməsindən, “qırmızı şeytanlar”ın isə öz məzununun xidmətində maraqlı olmadığından xəbərdardırlar.
Amma “Atletiko” “Barselona”nın Raşfordu satın almaqla bağlı maliyyə çətinliklərindən də xəbərdardır və müvafiq məqamdan öz xeyrinə yararlanmaq istəyir.
Son xəbərlər





























