Dünya futbolu
“Arsenal” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlar aparır

19.12.2025 | 17:40
“Arsenal” rəhbərliyi “topçular”ın 24 yaşlı niderlandlı sağ cinah müdafiəçisi Yurrien Timberlə yeni müqaviləyə dair danışıqlar aparır.
Sports.az xəbər verir ki, tərəflər arasında danışıqla müsbət məcrada irəliləyir.
Vurğulanır ki, London klubu Timberin çıxışından çox razıdır və futbolçu ilə gələcək əməkdaşlığına heç bir şübhə etdmir.
Xatırladaq ki, Timberin “topçular”la cari müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























