Dünya futbolu
“Aston Villa” “Roma”nın hücumçusu ilə maraqlanır

11.01.2026 | 15:30
“Aston Villa” “Roma”nın cari mövsümün sonuna qədər müddətə “Beşiktaş”a icarəyə verdiyi ingiltərəli mərkəz hücumçusu Temmi Abrahamla maraqlanır.
Sports.az xəbər verir ki, Birmingem klubunun rəhbərliyi müvafiq keçidlə, “şirlər”in ingiltərəli mərkəz hücumçusu Olli Uotkinsə rəqabət yaratmaq niyyətindədir.
Məsələni çətinləşdirən məqam ondan ibarətdir ki, “Beşiktaş” müəyyən şərtlərin ödənəcəyi halda, Abrahamı cari mövsümün sonunda tamhüquqlu əsasda satın almağı “Roma” ilə öncədən razılaşdırıb.
Son xəbərlər





























