“Barselona” son 10 ilin ən yaxşı qələbə seriyasına imza atdı

“Barselona” son 10 ilin ən yaxşı qələbə seriyasına imza atdı

İspaniyanın "Barselona" klubu 2026-cı il İspaniya Superkubokunun final matçında Madrid "Real"ına qalib gələrək bütün turnirlər daxil olmaqla, ardıcıl 10-cu qələbəsini rəsmiləşdirib.

Sports.az xəbər verir ki, bu, kataloniyalıların son 10 ildəki ən yaxşı nəticəsidir.

"Barselona" 2016-cı ildən bəri belə bir seriyaya imza atmamışdı. O zaman onlar 6 yanvar – 7 fevral tarixləri aralığında ardıcıl eyni sayda oyunda qalib gələ bilmişdilər.

Cari mövsümdə "Barselona" oyunçuları İspaniya Kubokunda "Qvadalaxara"ya (1:0), Çempionlar Liqasında "Ayntraxt"a (2:1) qalib gəliblər, həmçinin ölkə Superkubokunun iki görüşündə ("Atletik" – 5:0 və "Real" – 3:2) qələbə qazanıblar. Bundan əlavə, kataloniyalıların aktivində La Liqada altı qələbə var. Onların rəqibləri "Alaves" (3:1), "Atletiko" (3:1), "Betis" (5:3), "Osasuna" (2:0), "Vilyarreal" (2:0) və "Espanyol" (2:0) olub.

Hans-Diter Flikin komandasına sonuncu məğlubiyyəti 25 noyabr 2025-ci ildə Çempionlar Liqası matçında Londonun "Çelsi" klubu yaşadıb. Həmin vaxt görüş ingilislərin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Son xəbərlər
Afrika Futbol Konfederasiyası araşdırmaya başlayıb
“Araz-Naxçıvan”ın üzvləri 1 saylı Uşaq evini ziyarət ediblər
Xulian Alvares İngiltərə Premyer Liqasına qayıda bilər
“Qəbələ”dən 1-ci Liqa klubuna
“Qalatasaray”ın sabiq üzvü Braziliya klubunda
Millinin yeni üzvləri üçün maarifləndirici seminar
“Mançester Yunayted” kapitanını itirə bilər
“Fiorentina”dan Səudiyyə Ərəbistanına
“Lənkəran” kanadalı basketbolçusu ilə yolları ayırdı
"Karvan-Yevlax"dan qışın ilk transferi
“Yuventus” hücumçusuna əvəz tapdı
MY 44 ildən sonra antirekordunu təkrarladı
Bolqarıstandan bürünc medalla
Ombudsman futbolda bərabərliyin təmin olunması məqsədilə monitorinq keçirib
“Liverpul” əsas ulduzuna əvəz tapdı
“Şəki” basketbolçusu ilə vidalaşdı
Bakıda məşqçilik seminarı təşkil olunub
Azərbaycan millisində yeni baş məşqçi
“Tottenhem” “Real”ın hücumçusuna görə təklif ünvanladı
Millimizin heyətində dəyişiklik edildi
“Barselona” son 10 ilin ən yaxşı qələbə seriyasına imza atdı
“Real” müdafiəçisindən yaxa qurtarmaq istəyir
Yüksək Liqada növbəti matçlar keçiriləcək
“Qarabağ”la “Zirə”nin ilk, “Sumqayıt”ın ikinci sınağı
Flik “Barselona”nın müdafiəçilərindən birini satışına hazırdır
“Xetafe” “River Pleyt”in müdafiəçisi ilə güclənir
Günün oyunları – TV
PSJ baş məşqçisini itirə bilər
Qehinin transfer dəyəri açıqlandı
“Tottenhem”in idman direktoru klubdan ayrılacaq
DAHA ÇOX

Ən çox oxunanlar