Dünya futbolu
“Fiorentina”dan Səudiyyə Ərəbistanına

12.01.2026 | 15:45
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Pablo Mari karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sports.az xəbər verir ki, "Əl-Hilal" 32 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
İspaniyalı oyunçu 2025-ci ilin yanvarında Florensiya təmsilçisinə keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 16 matça çıxıb.
Qeyd edək ki, Pablo Mari İngiltərədə "Arsenal", "Mançester Siti" kimi klubların formasını geyinib.
Son xəbərlər





























