Dünya futbolu
“Qalatasaray”ın sabiq üzvü Braziliya klubunda

12.01.2026 | 16:30
Braziliyanın "Qremio" klubu "Panatinaikos"un (Yunanıstan) futbolçusu Teteni heyətinə qatdığını rəsmən açıqlayıb.
Sports.az xəbər verir ki, bir vaxtlar "Qalatasaray"ın da formasını geyinmiş 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.
Futbolçunun transferinin 6,2 milyon avroya başa gəldiyi bildirilib.
"Qremio"nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya "Şaxtyor"a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında Türkiyə Super Liqası klubuna cəlb olunmuşdu.
Son xəbərlər





























