Dünya futbolu
“Monako” yarımmüdafiəçisi ilə yollarını ayıra bilər

02.03.2026 | 22:00
“Monako” rəhbərliyi Knyazlıq klubunun fransalı ulduzu, 32 yaşlı mərkəz yarımmüdafiəçisi Pol Poqba ilə yollarını yayda ayıra bilər – futbolçu azad agentə çevrilə bilər.
Sports.az xəbər verir ki, Poqba özünün əvvəlki idman formasına qayıtmaqda çətinlik çəkir, müvafiq məqam isə “Monako” rəhbərliyini qane etmir.
Xatırladaq ki, Poqba cari mövsümdə “Monako” üçün 3 oyun keçirib, meydanda 30 dəqiqə olub, məhsulddar fəaliyyəti ilə diqqət çəkməyib. Üstəlik, fransalı ulduz sonuncu oyununu ötən ilin dekabr ayında keçirib.
Son xəbərlər





























