Dünya futbolu
Premyer Liqa klubunda yeni müqavilə

02.03.2026 | 17:40
"Sanderlend” müdafiəçi Daniel Ballard ilə yeni müqavilə imzalayıb.
Sports.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.
Sənəddə müddətin daha bir il artırılması bəndi də yer alıb.
2022-ci ilin iyunundan "Sanderlend"in formasını geyinən 26 yaşlı futbolçu bu müddət ərzində 114 oyunda 8 qol vurub.
Son xəbərlər





























